Türkiyənin peyvəndi ölkəyə gətirildi

10:19 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Türkiyənin Çindən aldığı koronavirus peyvəndi Ankaraya çatdırılıb.

ABC.AZ xəbər verir ki, Çin istehsalı olan “Sinovac” peyvəndləri artıq Türkiyədədir.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış müqaviləyə əsasən, Türkiyəyə 50 milyon vaksin gətiriləcək.

İlkin mərhələdə Türkiyəyə 4, 5 milyon doza peyvəndin çatdırılması gözlənilir.

 

Bütün xəbərlər