Pfizer şirkəti vaksin satışından bu qədər qazanacaq

17:34 - 2.02.2021


2 fevral, Fineko/abc.az. ABŞ-ın “Pfizer” şirkəti COVID-19 peyvəndinin satışından 15 milyard dollar məbləğində gəlir əldə etməyi proqnozlaşdırır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, “Pfizer”in bu proqnozu 2021-ci ili əhatə edir.

Şirkət 2021-ci ildə digər məhsulların satışından isə 59,4-61,4 milyard dollar arasında gəlir əldə etməyi gözləyir.

 

Bütün xəbərlər