Ötən il ixracı və idxalı azalan məhsullar – Siyahı

11:52 - 15.02.2021


15 fevral, Fineko/abc.az. 2020-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 31,7%, meyvə və tərəvəz şirələri – 20,1%, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 3,8%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,4%, pambıq lifi – 13,2%, polietilen – 27,6%, qara metallardan borular – 2 dəfə artmış, təzə meyvə ixracı isə 10,5%, təzə tərəvəz – 1,2%, şəkər – 2,3%, tütün – 26,1%, çay – 9,9%, təbii üzüm şərabları və üzüm suslosu – 57,3%, emal olunmamış alüminium – 18,1%, pambıq ipliyi – 29,4%, bentonit gili – 7,1%, qara metallardan yarımfabrikatlar – 36,1% azalıb.

ABC.AZ-ın məlumatına görə, 2019-cu illə müqayisədə 2020-ci ildə təzə meyvə idxalı 11,5%, kərə yağı, digər süd yağları və pastaları – 19,8%, mal əti – 10,9%, təzə tərəvəz – 1,8 dəfə, minik avtomobilləri – 15,1%, dərman vasitələri – 38,5%, hesablama maşınları, blok və qurğuları – 23,1%,  qara metallardan çubuqlar – 36,6%, mineral gübrələr – 4,5% artmış, buğda idxalı isə 13,9%, bitki yağları – 1,3%, xam şəkər və şəkər – 14,5%, çay – 0,8%,  kartof – 5,4%, quş əti və onun əlavə məhsulları – 21%, siqaretlər – 71,1%, qara metallardan borular – 22,6%, polad prokatı – 13,6%, rezin şinlər – 17,7%, yük avtomobilləri – 4,1%, mebellər – 24,9%, polietilen – 25%, paltaryuyan maşınlar – 7,4%, məişət kondisionerləri – 33,4%, avtobuslar – 52,7%, qara metallardan künclüklər – 14,5%, məişət soyuducuları – 12%, sement və sement klinkerləri – 32,6% azalıb.

 

Bütün xəbərlər