Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir - İlham Əliyev

16:09 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfəri zamanı Laçın rayonunun Güləbird kəndində bəzi məqamlara aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı olduğunu qeyd edib: “Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik. Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə - bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir”.

 

Bütün xəbərlər