Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artıb – 250 manat olub

11:11 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% artaraq 343 manata çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib.

"2018-2020-ci illərdə aylıq əməkhaqqı fondu 81% artıb. Artım özəl sektorda 87%, dövlət sektorunda 76% olub. O cümlədən 2020-ci ildə aylıq əməkhaqqı fondu 12% artıb" deyə nazirliyin məlumatında qeyd olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər