Azərbaycan Ukrayna soğanına qadağa qoydu - Yararsız olduğu aşkarlanıb

15:32 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Ukraynanın “ALİKEND” özəl müəssisəsi tərəfindən istehsal olunan və "İMPORT TRADE AZ" MMC tərəfindən Azərnaycana idxal edilən 20.51 ton soğan məhsulu partiyasına Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri baxış keçirib.

ABC.AZ-ın məlumatına görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinə olunub.

Nəticədə nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub. Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

 

Bütün xəbərlər