Qonşu ölkədə yoluxmalar artdı - 12 nəfər öldü

15:27 - 10.03.2021


10 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 513 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 96 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 273,650 nəfərə çatıb.

Onlardan 267,111 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 12 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,613 nəfər həyatını itirib.

 

Bütün xəbərlər