Bakıda daha bir küçə təmir edilir - Foto

14:08 - 6.04.2021


6 aprel, Fineko/abc.az. Xətai rayonundakı Xudu Məmmədov küçəsi təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə,  sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2100 metrdir.

Yoldakı mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, küçə boyu yeni səki daşları düzülüb.

Həmçinin təmir zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub.

 


Bütün xəbərlər