330x110
 

Yoluxanlarla bağlı statistika açıqlandı - 32 nəfər öldü

28.04.2021,16:58


28 aprel, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1402 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2238 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 32 nəfər COVID-19-dan vəfat edib.