23 müəssisədə qanunvericiliyin tələblərinin kobud pozulub

17:14 - 4.05.2021


4 may, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 3-də ölkə üzrə 457 ictimai iaşə obyektində 770 monitorinq keçirilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Bütün xəbərlər