Həkimlərin maaşının verilməsi düzgün hesablanmayıb - Palata rəy verdi

16:58 - 24.05.2021


24 may, Fineko/abc.az. Ötən il pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin düzgün hesablanmaması halları müəyyənləşib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasının illik hesabatına dair Hesablama Palatasının rəyində əksini tapıb.

Qeyd olunub ki, aparılmış analitik prosedurlar pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi zamanı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qayda ilə nəzərdə tutulmayan kontingentə əməkhaqqının 3-5 misli həcmində müddətli əlavənin ödənilməsi, pandemiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına 3-5 mislində müddətli əlavənin düzgün hesablanılmaması hallarını müəyyən edib ki, bu da son nəticədə, həmin istiqamətdə ayrılmış vəsaitlərin artıq xərclənməsinə şərait yaradıb.

 

Bütün xəbərlər