Daha bir tibbi əməliyyat xidmətlər zərfinə daxil edildi - Şərtlər

16:23 - 26.05.2021


26 may, Fineko/abc.az. İcbari tibbi sığorta çərçivəsində daha bir əməliyyat xidmətlər zərfinə daxil edilib.

ABC.AZ-ın məlumatına görə, bu çəpər əyriliyi ilə bağlı əməliyyatdır.

Belə ki, bundan sonra tibbi göstəriş olarsa, insanlar bu xidmətdən icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna biləcəklər.

"Əgər çəpər əyriliyi ilə bağlı şikayət təsdiqlənərsə, burun əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır. Ancaq çəpər əyriliyinin sağlamlığa zərəri təsdiqlənmədiyi hallarda bu əməliyyat icbari tibbi sığorta xidməti çərçivəsində həyata keçirilmir" deyə İcbari Tibbi Sığorta üzrə Agentlikdən bildirilib.

 

Bütün xəbərlər