Metro və rayonlararası nəqliyyatın işi bərpa olunur

10:29 - 31.05.2021


31 may, Fineko/abc.az. Bu gündən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

Bununla yanaşı bu gün saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.

Qeyd edək ki, "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq. Həftəsonları isə ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər