Vladiqafqazdan Bakıya uçuşlar başlayır

16:10 - 10.06.2021


10 iyun, Fineko/abc.az. Rusiyanın “Pegas Fly” aşirkəti Azərbaycana uçuşlara başlayır.

ABC.AZ xəbər verir ki, aviaşirkət iyunun 20-dən bu il oktyabrın 24-nə qədər Vladiqafqazdan Bakıya və əks istiqamətdə reyslər həyata keçirəcək.

Uçuşlar “Embraer-190” markalı sərnişin təyyarələri ilə yerinə yetiriləcək. Hər həfətnin bazar günləri təyyarə saat 14 :25-də Vladiqafqazdan qalxacaq, 15:25-də Bakıya enəcək, Bakıdan isə saat 17:20-də qalxacaq, saat 18:20-də Vladiqafqaza enəcək.

 

Bütün xəbərlər