Gürcüstanda kütləvi vaksinasiya başlayıb

14:00 - 5.07.2021


5 iyul, Fineko/abc.az. Bu gündən Gürcüstanda kütləvi vaksinasiyaya başlanılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə onşu ölkə mediası xəbər verib.

Belə ki, ölkədə peyvəndləmə proqramına daxil olan bütün tibb məntəqələri səhərdən etibarən pasiyentlərin qəbuluna başlayıb.

Ölkədə Çinin koronavirusa qarşı “Sinopharm” və “Sinovac” vaksinlərinndən istifadə olunur.

Bir aydan sonra əlavə olaraq bu vaksinlərin 500 min dozası da ölkəyə gətiriləcək. Gürcüstan rəhbərliyi gündə 20-25 min nəfəri peyvənd etməyi nəzərdə tutur. İyulda ölkəyə “Pfizer vaksini də gətirilməlidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər