Dörd gün ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabinetindən qərar

14:04 - 14.07.2021


14 iyul, Fineko/abc.az. Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın işləməyəcəyini açıqlayıb.

Qurumdan ABC.AZ-a daxil olan məlumata görə, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

 

Bütün xəbərlər