Gürcüstanda son sutkada koronavirusdan 54 nəfər vəfat edib

11:25 - 10.08.2021


10 avqust, Fineko/abc.az. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumata görə, son sutkada koronavirusa 5 697 yeni yoluxma faktı qeydə alınıb, 2 713 nəfər müalicə olunaraq sağalıb , 54 nəfər vəfat edib.

Xəbər verilir ki, bugünədək ölkədə COVID-19-a yoluxanların ümumi sayı 455 846, ölənlərin ümumi sayı isə 6 182 nəfərə çatıb.

Bu günə olan aktiv xəstə sayı 43 163 nəfər təşkil edir.

 

Bütün xəbərlər