Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 851 nəfər yoluxub

16:47 - 16.08.2021


16 avqust, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 369 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 327 nəfər müalicə olunaraq sağalıb, 5 170 nəfər vəfat edib, aktiv xəstə sayı 25 356 nəfərdir.

 

Bütün xəbərlər