Neft bahalaşır, Brent bir barelə $66,37 təşkil etdi

09:54 - 23.08.2021


23 avgust, Fineko/abc.az. Ötən həftənin yekunları üzrə güclü düşmədən sonra bazar ertəsi günü ticarətində neftin etalon markalarının qiyməti artır.

Saat 8:56 -da London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $1,19 (1,83%) bahalaşaraq bir barelə $66,37 təşkil edib. Avqustun 19-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $1,27 (1,91%) enərək bir barelə $65,18 təşkil edib.

Saat 8:56-da Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $1,11 (1,79%) artaraq bir barelə $63,25 təşkil edib. Avqustun 20-də yekunlaşmış hərracların nəticələrinə görə, sentyabr ayına fyuçers $1,37 (2,15%) düşərək bir barelə $62,32 təşkil edib.

Ötən həftə Brent markalı neftin qiyməti 7,66%, WTI isə 8,94% ucuzlaşıb.

 

Bütün xəbərlər