330x110
 

Amazon 50 mindən çox işçi qəbul edəcək

02.09.2021,10:45


2 sentyabr, Fineko/abc.az. ABŞ-ın e-ticarət şirkəti "Amazon" daha 55 min nəfəri işə götürməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, "Amazon"un yeni Baş direktoru Andy Jassy, pərakəndə, reklam və digər iş sahələrində tələbi qarşılamaq üçün daha çox işçi qüvvəsinə ehtiyac olduğunu bildirib.

Jassy, 55 min nəfəri işə qəbulun 40 mindən çoxunun ABŞ-da, qalan qisiminin isə Hindistan, Almaniya və Yaponiya kimi ölkələrdə olacağını qeyd edib.

Şirkətdən verilən məlumata görə isə, yeni işə qəbullar ilə Amazonun işçilərinin sayında 20% artım olacaq.

Müəllif: Elmir Murad