Dövlət Agentliyi 65 ədəd avtomobil alır - Tender elan edib

10:33 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobilləri alır.

ABC.AZ xəbər verir ki, Dövlət Agentliyi bununla bağlı artıq tender elan edib.

Tenderdə iştirak üçün müraciətlərin qəbulu oktyabrın 25-i saat 17:00-da bitir, iştirak haqqı 500 manatdır.

 

Bütün xəbərlər