Doqquz ayda istehlak qiymətləri indeksi belə olub - Detallar

10:44 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib.

ABC.AZ-ın məlumatına görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz təşkil edib.

2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4 faiz təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər