Nazirlik məktəblərin təmiri üçün tender elan edir

15:05 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Təhsil Nazirliyi  Respublikanın bir sıra şəhər və rayonlarının təhsil müəssisələrində cari təmir işlərinin satın alınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 25.11.2021 11:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.12.2021 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 06.12.2021 15:00  tarixində aparılacaq.

Telefon: (994 12) 4657348

Əlaqələndirici şəxs: Sirac Əliyev

 

Bütün xəbərlər