Vergi Xidməti yeni sistem alır - Qalib şirkətə 8 milyon manata yaxın pul ödəyəcək

15:48 - 22.11.2021


22 noyabr, Fineko/abc.az Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi "Vahid Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin qurulması ilə əlaqədar xidmətlərin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb. ABC.AZ xəbər verir ki, qalib şirkət “TT Technologies” MMC-dir. İdarə qalib şirkət ilə məbləği 7 milyon 866 min 439 manat olan müqavilə imzalayıb.
Bütün xəbərlər