Bu gün Azərbaycan ilə Rusiya sərhədindəki körpünün təməlqoyma mərasimi keçiriləcək

11:20 - 18.10.2017


Bu gün Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindən  körpünün tikintisi başlanacaq.

Təməlqoyma mərasimi, Rusiyanın Nəqliyyat naziri Maksim Sokolov,. Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev, Rusiyanın Federal Yol Agentliyinin (“Rosavtodor”) rəhbər müavini Andrey Kostyuk və Azərbaycanın rəsmi nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Samur  çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi haqqında razılaşma 13 sentyabr 2013-cü il tarixində Azərbaycan və Rusiya hökumətləri arasında imzalanmışdır.

 

Bütün xəbərlər