Azərbaycanda karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur - Şahmar Mövsümov

17:35 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. “Omicron” adlı ştamın daha çox yoluxdurucu olduğu bildirilir. Yeni ştamın həddindən artıq yüksək yoluxdurucu olması bizi də narahat edir”.

ABC.AZ xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, Niderlandda buna görə Milad və digər bütün bayramlar ləğv edilib:

“Danimarkada konsert zalları, kinoteatrlar bağlanıb, Yunanıstanda bütün Milad tədbirləri ləğv edilib, 60-dan yuxarı şəxslərin məcburi vaksin olunmasına qərar verilib. Azərbaycanda hazırda vəziyyət stabildir, karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur".

Bütün xəbərlər