12.01.2022,09:35
12 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü əvvəlki sessiyanın yekunları üzrə sıçrayışdan sonra sabitdir.
Amerika Neft İnstitutunun (APİ) məlumatları ardıcıl olaraq yeddinci həftənin nəticələrində ABŞ-da neft ehtiyatlarının azaldığını göstərdi. API-nin məlumatına görə, ötən həftə ABŞ-ın ehtiyatları daha əvvəl 6,432 milyon barelə düşdükdən sonra 1,077 milyon barrel azalıb.
Saat 9:21-də London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin mart fyuçersləri $0,07 (0,08%) - barrel başına $83,65-a düşdü. Yanvarın 11 - də baş tutan ticarətin nəticələrinə görə, Brent-in mart fyuçersinin qiyməti $2,85 (3,53%) - bir barelə $83,72-ə yüksəldi.
Saat 9:21-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına fyuçersi $0,06 (0,07%) - barrel başına $81,28-ə yüksəldi. Yanvarın 11 - də aparılan ticarətin nəticələrinə görə, fevral fyuçerslərinin qiyməti $2,99-a (3,82%) - barrel başına $81,22-ə qədər yüksəlib.
20 May 2022 | 17:29
20 May 2022 | 17:26
20 May 2022 | 17:15
20 May 2022 | 17:04
20 May 2022 | 17:02
20 May 2022 | 16:58
20 May 2022 | 16:45
20 May 2022 | 16:36
20 May 2022 | 16:18
20 May 2022 | 16:11
20 May 2022 | 16:08
20 May 2022 | 16:03
20 May 2022 | 15:45
20 May 2022 | 15:33