"Apple Inc." Çində ən çox telefon satan şirkət oldu

27.01.2022,17:05


27 yanvar, Fineko/abc.az. "Apple Inc." 2021-ci ilin son rübündə dünyanın ən böyük mobil telefon bazarı olan Çində ən çox telefon satan şirkət olub.

ABC.AZ-ın məlumatına görə, şirkət 2015-ci ildən bəri ilk dəfə Çində liderliyi ələ alıb.

Belə ki, 2021-ci ilin son rübündə "Apple", Çinin mobil telefon bazarınln 23 faiz payına sahib olub.

Araşdırmaya görə, "Huawei"in reytinqdəki geriləməsindən sonra Apple yeni çıxardığı iPhone 13 modeli ilə çinli rəqibləri Vivo və Oppo-nu geridə qoyaraq birinci yeri tutub.