Neft bahalaşır, Brent-in bir bareli $89,88 təşkil edir

09:40 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. Ötən sessiyanın nəticələri üzrə düşdükdən sonra cümə günü ticarətdə etalon markaların qiymətləri yüksəlir.

Saat 9: 27-də London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin mart fyuçersləri $0,54 (0,60%) - bir barelə $89,88-a yüksəldi. Yanvarın 27 - də baş tutan ticarətin nəticələrinə görə, Brent-in mart ayına olan fyuçersi $0,62 (0,69%) – barrel başına $89,34-ə düşüb.

Saat 9: 27-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart ayına olan fyuçersi $0,65 (0,75%) - barrel başına $87,26-a yüksəldi. Yanvarın 27 - də ticarət nəticələrinə görə, WTI-nin mart fyuçersi $0,74 (0,85%) - barel başına $86,61-ə düşüb.


Bütün xəbərlər