Yeni Energetika naziri Pərviz Şahbazov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

11:47 - 19.10.2017


Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.

Nazirlikdən verilən məlumata əsasən,  görüş zamanı səfir, Energetika nazirini yeni vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik etdi və  bu təyinatın  iki ölkə arasında enerji sahəsində əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəyi barədə ümidvar olduğunu bildirdi.

Görüş gedişatında nazir P. Şahbazov qeyd edib: “Gerçəkləşdirilən birgə layihələr Azərbaycan və Türkiyənin regionda gücləndirilməsi baxımından, habelə, tranzit potensialının genişləndirilməsi baxımından çox mühümdür”.

Nazir iki ölkənin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinə və enerji əməkdaşlığının gələcək perspektivlərinə diqqət yetirib.

“Görüş zamanı Pərviz Şahbazov, müasir trendlərin birgə müzakirəsi məqsədilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşmək arzusunu bildirib”, - nazirliyin məlumatında belə deyilir.

Bütün xəbərlər