Rusiya-Ukrayna gərginliyi TANAP-a necə təsir edəcək?

14:08 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Rusiya və Ukrayna arasında yaşanan gərginliyin TANAP-a hansı formada təsir edəcəyi açıqlanıb.

ABC.AZ xəbər verir ki, TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında bildirib ki, Rusiya və Ukrayna arasında, o cümlədən, Avropada gərginlik yaşanır.

"Bu hadisələr TANAP-ın özəlliklə Avropa Birliyi istiqamətində əhəmiyyətini artırıb. Lakin ticarət baxımından bizə elə bir təsiri olmayacaq. Çünki bizim layihədə müqavilə bir neçə il əvvəl bağlanıb və 15 illik anlaşmamız var. Ona görə də, sözügedən ölkələr arasında yaşananların layihəyə hər hansı təsirinin olacağını düşünmürəm”, - deyə baş direktor bildirib.

Bütün xəbərlər