Azərbaycanın ən böyük qeyri-dövlət ixracatçıları – Siyahı

15:10 - 28.02.2022


28 fevral, Fineko/abc.az. “İxrac icmalı”nın fevral sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, “İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

“MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Aqrovest” MMC,  “P-Aqro” MMC, “Çinar Aqro” MMC, “Almeyvə” MMC, “Product Service” MMC, “ZR-78 Company” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət  LTD” MMC, Nemət Yalçın Oqtay oğlu.

Müəllif: Elmir Murad

Bütün xəbərlər