Sofiya-Bakı uçuşları bərpa oluna bilər - Təfərrüat

11:39 - 15.03.2022


15 mart, Fineko/abc.az. Bolqarıstanla Azərbaycan arasında birbaşa Sofiya-Bakı aviareysləri bərpa oluna bilər.

AZAL-dan ABC.AZ-a verilən məlumata görə, qeyd olunan məsələ AZAL prezidenti Cahangir Əsgərovla Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov arasında keçirilən işgüzar görüşün müzakirə predmeti olub.

AZAL prezidentinin sözlərinə görə, Azərbaycanın bütün hava limanlarında beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir.

C.Əsgərov qeyd edib ki, bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.

Bütün xəbərlər