Azərbaycanda gələn ildən “Avro-5” yanacağının istehsalı başlayacaq

16:22 - 30.03.2022


30 mart, Fineko/abc.az. Heydər Əliyev adına Neft Emalı Zavodunda 2021-ci il ərzində həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 94,4 faiz təşkil edib, əmtəəlik neft məhsullarının 74 faizi daxili bazara, qalan 26 faizi isə ixraca yönəldilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilib.

Hesabata əsasən, zavodda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində yeni 2 növ yanacaq istehsal ediləcək. Belə ki, zavodun modernləşməsi çərçivəsində “Avro-5” standartlarına uyğun dizel yanacağının 2022-ci ildə, benzin yanacağının isə 2023-cü ildə istehsalı nəzərdə tutulub.

Bütün xəbərlər