Almaniya rus oliqarxın yaxtasına embarqo qoydu - 735 milyon dollar qiyməti var

15:25 - 15.04.2022


15 aprel, Fineko/abc.az. Almaniya hakimiyyəti rusiyalı oliqarx Əlişir Usmanova məxsus “Dilbar” yaxtasını ələ keçirib.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, Usmanovun anasının adını daşıyan və 2016-cı ildə təhvil verilən “Dilbar” tonajına görə dünyanın ən böyük motorlu yaxtasıdır.

Yaxta 36 qonağı qəbul edə bilir və 96 nəfərlik heyətə malikdir.

Xəzinədarlıq Departamenti Usmanovun yaxtasının hazırkı dəyərini təxminən 735 milyon dollar qiymətləndirir.

Bəzi mənbələr isə yaxtanın ələ keçirilmədiyini, sadəcə Almaniyanın Hamburq liman şəhərindəki hazırkı yerindən köçürülməsinə icazə verilmədiyini söyləyib.

Bütün xəbərlər