Norveç şirkətinin Azərbaycandakı dövriyyədə olmayan aktivləri azalıb

11:13 - 4.05.2022


4 may, Fineko/abc.az. Cari il martın 31-nə Norveçin “Equinor” şirkətinin Azərbaycandakı dövriyyədə olmayan aktivlərinin dəyəri 1 633 mln. ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin hesabatına qeyd edilib.

Hesabata əsasən, bu da illik müqayisədə 3,5% azalma deməkdir. 2021-ci il martın 31-nə “Equinor” şirkətinin Azərbaycandakı dövriyyədə olmayan aktivlərinin dəyəri 1 692 mln. dollar olub.

Xatırladaq ki, “Equinor” Azərbaycanda Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsində (7,27%) və Bakı-Tbilisi-Ceyhan neft kəməri konsorsiumda (8,71%) təmsil olunub.

 

Bütün xəbərlər