Üç ayda Səngəçal terminalından gündə orta hesabla nə qədər səmt qazı təhvil verilib?

14:40 - 5.05.2022


5 may, Fineko/abc.az. 2022-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşlidən (AÇG) Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr səmt qazı təhvil verilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə bp-nin rüblük hesabatında qeyd edilib.

Hesabata əsasən, sözügedən dövrdə ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilib.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Bütün xəbərlər