Bu avtomobillərin istehsalı bərpa ediləcək

10:04 - 16.05.2022


16 may, Fineko/abc.az. Tarixi "Moskviç" markası ilə avtomobillər istehsal ediləcək.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin şəxsi bloqunda yazıb.

"Xarici sahibi Moskvadakı "Renault" zavodunu (Moskva Avtomobil Zavodu - red) bağlamaq qərarına gəlib. Bu, onun hüququdur, lakin biz minlərlə işçinin işsiz qalmasına icazə verə bilmərik. Ona görə də mən zavodu şəhərin balansına götürmək və zavodu bərpa etmək qərarına gəldim. Zavodda tarixi "Moskviç" brendi altında avtomobillər istehsal olunacaq”, – mer yazıb.

O, əlavə edib ki, işçi heyətinin çox hissəsini birbaşa zavodda və onun subpodratçı şirkətlərində saxlamağa çalışacaqlar.

 

Bütün xəbərlər