Yuyucu tozların qiyməti bahalaşdı

16:18 - 16.05.2022


16 may, Fineko/abc.az. Son zamanlar Azərbaycanda yuyucu tozların qiyməti kəskin bahalaşıb.

Belə ki, ötən aya qədər hələ bahalaşma ilə 5 kiloqramlıq tozların qiyməti 21-23 manat arası dəyişirdisə, indi 27, az qala 30 manata qalxıb.

ABC.AZ Oxu.az-a istinadən xəbər verir ki, eynilə 1,5 və 3 kq-lıq tozların da qiyməti xeyli artıb.

Satıcıların məlumatına görə, yeni qiymətlər bu gün daxil edilib. Ötən həftəyə qədər tozlar aksiyada, endirimdə idi deyə alıcılar ucuz qiymət görürdü.

 

Bütün xəbərlər