“Akkord” şirkətindən dövlətə vergi borclarının olduğunu etiraf etdilər

17.05.2022,15:31


17 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin külli miqdarda dövlətə vergi borcu yaranıb.

ABC.AZ xəbər verir ki, məsələ mediadaya sızandan sonra şirkət bəzi məqamlara aydınlıq gətirib.

Belə ki, Şirkətdən verilən açıqlamada bildirilib ki, yazıda adları qeyd olunmuş və “Akkord” Korporasiyasına daxil olan hüquqi şəxslərin dövlət büdcəsinə yaranmış öhdəlikləri pandemiyanın gətirdiyi çətinliklərdən doğub: "Korporasiya bu öhdəliklərin hissə-hissə icrası istiqamətində vegi orqanları ilə danışıqlar aparıb və müəyyən razılıq əldə olunub".

Müəllif: Elmir Murad