G7 ölkələri qlobal aclıq üçün alyans yaratdı - Razılığa gəldilər

20.05.2022,11:19


20 may, Fineko/abc.az. G7 ölkələrinin inkişaf nazirləri qlobal aclığın qarşısını almaq məqsədilə alyans yaratmaq barədə razılığa gəliblər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən alyans qlobal ərzaq təhlükəsizliyini təmin etməlidir.

Bununla yanaşı, alyans dünya əhalisinin ərzaqla təmin edilməsində dövlətlərin həm maliyyələşdirilməsini, həm də əməkdaşlığını təşkil etməlidir.

Qeyd edək ki, BMT-nin qiymətləndirməsinə görə, müharibə səbəbindən Ukraynada təqribən 25 milyon ton taxıl dünya üçün əlçatmaz olaraq qalıb. Bu da artıq dünyada qiymətlərin artmasına gətirib çıxarıb.