Bu şirkət traktorların servisi üçün 325 min manata yaxın pul xərcləyəcək

16:39 - 23.05.2022


23 may, Fineko/abc.az. “Azərpambıq Aqrosənaye kompleksi” MMC-i bir müddət əvvəl elan etdiyi tenderə yekun vurub.

ABC.AZ-ın məlunatına görə, şirkət sözügedən tenderlə traktorların servis xidmətini həyata keçirəcək. Servis xidmətini görmək «Grand Motors Company» MMC ilə “Landini” şirkətinə həvalə edilib.

“Azərpambıq Aqrosənaye kompleksi” MMC-i bu xidmət üçün 325 min manata yaxın vəsait yönəldəcək. Artıq 28 ədəd traktorun servis xidmətinə dair müqavilə imzalanıb.

Müqavilənin dəyəri – 324,358 min manatdır.

 

Bütün xəbərlər