6329 nəfərin əmək müqaviləsiz işə cəlb olunduğu aşkarlanıb

14:46 - 26.05.2022


26 may, Fineko/abc.az. Vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 2021-ci ildə əmək müqaviləsiz işə cəlb olunmuş 6329, 2022-ci ilin 4 ayı arzində isə 1557 şəxs aşkar edilib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə vergiler.az qəzetinə müsahibəsi zamanı deyib.

O bildirib ki, əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

 

Bütün xəbərlər