Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun gəlirləri 2,1 dəfə artıb

16.05.2018,12:20


16 may, Fineko/abc.az. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 1 yanvar 2018-ci il tarixinə  958,384 milyon manat təşkil edərək illik 38,5% artımla həyata keçirilmişdir.

Fondun ötən ilin yekunu üzrə hesabatına əsasən, fondun aktivlərindən  683,691 milyon manat ipoteka kreditləri  təşkil edib.

“Hesabat dövründə fondun kredit portfeli 27,2% artıb. Fondun öhdəlikləri 58,5% artaraq 545,194 milyon manat, nizamnamə kapitalı isə 19,1% artaraq 366 milyon manat təşkil edib”, - hesabatda belə deyilir.

Hesabatda deyilir ki, Fondun faiz gəlirləri 36,244 milyon manat, faiz xərcləri isə 12,771 milyon manat təşkil edir. Fond 2017-ci il 15,056 milyon manat məbləğində xalis mənfəətlə bitirib ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur.