Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutdu

09:53 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bütün xəbərlər