Son 5 ayda yeyinti məhsulları üzrə idxalın dəyəri 16 faiz artıb

15:45 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 875 067,1 min ABŞ dollarına bərabər olub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 16% artıb.

Ümumilikdə, cari ilin ilk beş ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,04% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,15 faiz bəndi azdır. 

Bütün xəbərlər