"Azərsun"un yükləri Gürcüstan limanlarında qalıb

29.06.2022,17:04


29 iyun, Fineko/abc.az. "Azərsun"a məxsus yüklərin Gürcüstan limanlarından çatdırılmasında gecikmələr yaranıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Aİ-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze  bildirib ki, "Azərsun Georgia" yaranan problemlə bağlı onlara müraciət edib: "Məsələ Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili ilə müzakirə edilib. Hazırda problemin həlli yolları ilə bağlı danışıqlar gedir".

Qeyd edək ki, bundan əvvəl "Azərsun Holdinq"in idarə heyətinin üzvü Savaş Uzan bildirmişdi ki, Gürcüstan limanlarında Rusiya-Ukrayna müharibəsi səbəbilə sıxlıq yaranıb və bir aydan çoxdur ki, Azərbaycan, Özbəkistan və Qazaxıstan gəmiləri limanda növbə gözləyir. proses davam edir".