Bu yolun birinci hissəsində tikinti işləri bitdi 

15:43 - 13.07.2022


13 iyul, Fineko/abc.az.   “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil magistralının Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri başa çatdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi aparılıb.

Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci hissə üzrə yol yatağının, 5 avtomobil tunelinin, 3 yolaltı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb.

Hazırda yol örtüyünün aşınma layı tikilir, çiyinlərdə səthi qaplama işləri aparılır, mühafizə zolağında çəpərlənmə işləri davam edir.

Bütün xəbərlər