Azərbaycanda COVİD-lə bağlı yenidən sərt karantin olacaq?

20.07.2022,16:05


20 iyul, Fineko/abc.az. “Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir”.

ABC.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, sərt tədbirlərə ehtiyac yoxdur: “Qoruyuculuq təkcə maska geyməklə ölçülmür. Əgər xəstə adam asqırıb-öskürürsə onun daxilində olan xəstəlik kənara yayılmır. Daha çox qarşı tərəfə yayılır. Bu adam maska geyərsə, qarşısındakı adamı yoluxdurmaya bilər. Maskaların düzgün seçilməsi və onlardan düzgün istifadə etmək, məsafəni qorumaq və qapalı məkanlarda havanın tez-tez dəyişdirilməsi vacibdir. Bunlara əməl etmək tövsiyə edilir. Yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyətin olacağını düşünmürəm”.