Yeddi ayda bu qədər sığorta haqqı yığılıb

11:52 - 24.08.2022


24 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 438,71 milyon manat sığorta haqqı toplanılıb.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 20,3% çoxdur.

Ötən 7 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 13,3% azalaraq 141,791 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 186,783 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,15% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 25,55% azalaraq 54,346 milyon manata düşüb.

Other news